Bank Of Baku

Türkiyədə islamçı Səadət Partiyası parçalanıb

Türkiyədə islamçı Səadət Partiyası parçalanıb
# 01 oktyabr 2010 11:26 (UTC +04:00)
APA-nın Türkiyə televiziyalarına istinadən yaydığı məlumata görə, partiyanın lideri Numan Kurtulmuş vəzifəsindən istefa verib və öz tərəfdarları ilə birlikdə Səadəti tərk edib. N. Kurtulmuş yeni siyasi partiya quruculuğuna başladığını açıqlayıb.

Qeyd edək ki, professor N. Kurtulmuş 2008-ci il oktyabrın 26-da Səadət Partiyasının sədri seçilib. Onun istefasına səbəb partiya daxilində yaranmış ikitirəlikdir. Belə ki, N. Kurtulmuşun şərti olaraq yenilikçi və islahatçı adlandırılan tərəfdarları ilə partiyanın fəxri sədri, sabiq baş nazir Nəcməddin Ərbakanın tərəfdarları (mühafizəkarlar) arasında qarşıdurma yaranmışdı. SP-nin bu il iyulun 11-də keçirilən qurultayından sonra N. Kurtulmuşun yenidən sədr seçilməsindən narazı qalan mühafizəkarlar əvvəlcə yeni qurultay keçirilməsi üçün qurultay nümayəndələrindən imza toplayıblar, sonra isə qurultayın nəticələrinin ləğvi üçün məhkəməyə müraciət ediblər. Məhkəmə müraciəti təmin edərək yeni qurultay keçirilməsinə qərar verib.

Onu da əlavə edək ki, Səadət Partiyası N. Ərbakanın daha əvvəl qurduğu və Konstitusiya Məhkəməsini qərarı ilə fəaliyyəti dayandırılmış Milli Nizam, Milli Səlamət, Rifah və Fəzilət partiyalarının davamıdır. Hazırda hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) da bu ideologiyanın törəməsidir. Prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan Nəcməddin Ərbakanın yetişdirdiyi siyasətçi kimi tanınırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR