Bank Of Baku

Telman İsmayılovun mühafizəçiləri türk jurnalistlərini döyüblər

Telman İsmayılovun mühafizəçiləri türk jurnalistlərini döyüblər
# 01 oktyabr 2010 23:21 (UTC +04:00)
Bakı-APA. “Savarona” yaxtası ilə bağlı istintaq çərçivəsində həbs edilən qazaxıstanlı biznesmen T.A.-nı ziyarət etməyə gələn azərbaycanlı iş adamı Telman İsmayılovun mühafizəçiləri prokurorluq binasının çıxışında jurnalistlərə hücum ediblər. Nəticədə bəzi jurnalistlər döyülüb. Bu barədə APA Türkiyənin “Haberler.com” saytına istinadən məlumat verir.

Antalya İl Jandarma Komandanlığı, Muğla Jandarma Komandanlığı və Beynəlxalq Miqrasiya Komissiyası nümayəndələrinin iştirakı ilə “Savarona” yaxtasında keçirilən əməliyyatla bağlı istintaq davam edir. İstintaq çərçivəsində Ukrayna və Rusiyadakı bəzi manekenlik agentlikləri vasitəsilə Türkiyəyə gətirdikləri qadınları “Savarona” yaxtasında iş adamları ilə olmağa məcbur etdikləri iddia edilən 2-si qadın olan 8 nəfər ifadə verirlər. Şübhəlilərin ifadəsini mütəşəkkil cinayətkar dəstələrlə bağlı işlərə baxan müstəntiq Yusuf Hakkı Doğan alır.

Dünən gecə saatlarında Antalya prokurorluğuna azərbaycanlı iş adamı və “Mardan” otelinin sahibi Telman İsmayılov gəlib. Dəstə başçısı olduğu iddia edilən və həbs olunan qazax biznesmen T.A.-nı ziyarət etdiyi və vəkilləri vasitəsi ilə proses haqqında məlumat aldığı iddia edilən İsmayılov təxminən 2 saat prokurorluqda olub. İsmayılov prokurorluq binasını tərk edərkən onu çəkmək istəyən media nümayəndələrinin qarşısı mühafizəçilər tərəfindən alınıb. Çəkilişə davam edən bəzi media təmsilçilərinə İsmayılovun mühafizəçiləri tərəfindən fiziki müdaxilə edilib. Media nümayəndələrini itələyərək uzaqlaşdırmağa çalışan mühafizəçilər söyüş və təhqirdən də istifadə ediblər. Mühafizəçilərin qarşısını almaq istəyən polislər uğursuzluğa düçar olublar. Telman İsmayılov isə sürətlə prokurorluq binasından uzaqlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR