Bank Of Baku

Abdullah Gül: “Cənubi Qafqazda mövcud vəziyyət heç kimin mənafeyinə cavab vermir”

Abdullah Gül: “Cənubi Qafqazda mövcud vəziyyət heç kimin mənafeyinə cavab vermir”
# 02 oktyabr 2010 01:15 (UTC +04:00)
Bakı-APA. Türkiyə Prezidenti Abdullah Gül Cənubi Qafqazdakı mövcud vəziyyətin heç kimin mənafeyinə uyğun olmadığını vurğulayıb. Bu barədə APA “Azərtac”a istinadən məlumat verir. Onun sözlərinə görə, bu səbəbdən Türkiyə özünün və Azərbaycanın Ermənistanla mövcud olan problemlərinin həlli istiqamətində səylərini davam etdirir.

Abdullah Gül Yaxın Şərq və İran kimi beynəlxalq arenada aktual olan problemlərin həlli üçün də Ankaranın səylər göstərdiyini söyləyib: “Tehranın nüvə proqramı ilə bağlı problem Beynəlxalq Atom Enerjisi Agentliyinin xətti ilə nizama salınmalıdır. Eyni zamanda, hər bir ölkə İranın sülh məqsədli nüvə fəaliyyətinə hörmətlə yanaşmalıdır. Türkiyə İraqda on il əvvəl baş vermiş hadisələri yaxşı xatırlayır və öz sərhədlərində heç bir müharibənin olmasını istəmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR