Bank Of Baku

Gürcüstan orta məktəblərində ingilis dilinin tədrisi məcburi olacaq

Gürcüstan orta məktəblərində ingilis dilinin tədrisi məcburi olacaq
# 05 oktyabr 2010 15:45 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. 2011-ci ildən etibarən Gürcüstan məktəblərində ingilis dilinin öyrənilməsi məcburi olacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu elm və təhsil naziri Dmitri Şaşkin açıqlayıb. O bildirib ki, milli tədris planında məktəblərdə iki xarici dilin tədrisinə icazə verildiyi göstərilib və bu dillərdən biri olan ingilis dili məcburi olacaq. Tədris planına əsasən ikinci dili məktəb rəhbərliyi və valideynlər seçəcək.

Gürcüstandakı orta məktəblərdə türk, fars və italyan dillərinin öyrənilməsi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR