Bank Of Baku

Fransa polisi anti-terror əməliyyatları zamanı 12 nəfəri həbs edib

Fransa polisi anti-terror əməliyyatları zamanı 12 nəfəri həbs edib
# 07 oktyabr 2010 01:28 (UTC +04:00)
Bakı-APA. Fransa polisi ölkənin cənub bölgəsində anti-terror əməliyyatları zamanı 12 nəfəri həbs edib. Polis cənubda liman şəhəri olan Marsel yaxınlığında doqquz nəfəri saxlayıb. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. İtaliyada üzərində bomba hazırlamaq üçün ləvazimatla saxlanmış Əlcəzair mənşəli bir nəfərlə əlaqəsi olan daha üç kişi Marsel və Bordo yaxınlığında həbs ediliblər. Onlar Əfqanıstanda təlim keçdikdən sonra Fransaya qayıdan yaraqlıları saxta sənədlərlə təchiz etməkdə şübhəli bilinirlər. Rəsmilər bu iki əməliyyatın bir-biri ilə əlaqədar olmadığını bildirir. Həbslər Britaniya, Birləşmiş Ştatlar, Yaponiya və İsveçin Avropada mümkün terror hücumları barədə ictimaiyyətə xəbərdarlıq etdiyi vaxt keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR