Bank Of Baku

Nobel sülh mükafatı çinli hüquq müdafiəçisinə verilib

Nobel sülh mükafatı çinli hüquq müdafiəçisinə verilib
# 08 oktyabr 2010 11:44 (UTC +04:00)
54 yaşlı Liu Xiaobo 1989-cu ildə Tyananmen meydanında baş vermiş faciənin iştirakçısı olub və həbs edilərək məhkəmə hökmü olmadan 2 il həbsxanada saxlanılıb. 1996-cı ildə o, Tyananmen hadisələrinin həbs olunmuş iştirakçılarının azadlığa buraxılması çağırışlarına görə 3 il islan işlərinə məhkum edilib. 2008-ci ildə Liu dövlət quruluşunu devirməyə cəhd ittihamı ilə 11 il həbs cəzası alıb. Buna səbəb onun “Xartiya-08” adlı sənədin müəlliflərindən biri olmasıdır. On mindən çox insanın imza atdığı manifestdə Çində siyasi sistemin islahatına çağırış yer alıb.

Liu Xiaobo Çin ədəbiyyatı üzrə professordur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR