Bank Of Baku

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyadadır

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyadadır
# 08 oktyabr 2010 19:52 (UTC +04:00)
Bakı-APA. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyanın paytaxtı Berlinə gəlib.

Baş nazir Ərdoğanı hava limanında Türkiyənin Berlin səfiri Əhməd Acet və digər şəxslər qarşılayıb. Erdoğan hava limanından Inter-Continental Berlin otelinə gedib. Baş nazir Ərdoğanı səfərdə dövlət nazirləri Faruk Nafiz Özak, Faruk Çelik və xarici işlər naziri Əhməd Davudoğlu müşayiət edirlər.

Ərdoğan Almaniya federal kansleri Angela Merkel ilə birlikdə Türkiyənin 2012 Avropa Futbol Çempionatı seçmə qrupunda Almaniya ilə keçirəcəyi qarşılaşmanı izləyəcək. Merkelin dəvətilə Almaniyaya gələn Ərdoğan sabah onunla rəsmi görüş keçirəcək.

Ərdoğan təmaslarının ardından sabah Türkiyəyə dönəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR