Bank Of Baku

Britaniyalı humanitar yardım işçisinin ölümü üzərində təhqiqat başlayıb

Britaniyalı humanitar yardım işçisinin ölümü üzərində təhqiqat başlayıb
# 11 oktyabr 2010 23:18 (UTC +04:00)
Bakı-APA. Xilasetmə əməliyyatı zamanı britaniyalı yardım işçisinin niyə həlak olmasını istintaq müəyyən edəcək. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Britaniyanın baş naziri Devid Kameron deyib ki, ehtimal var ki, Əfqanıstanda girov götürülmüş humanitar yardım işçisi Linda Norqrov Birləşmiş Ştatlar hərbi qüvvələrinin onu azad etmək üçün həyata keçirdikləri əməliyyat zamanı həlak olub. Baş nazirin sözlərinə görə Əfqanıstandakı Birləşmiş Ştatlar və NATO hərbi qüvvələrinin komandiri genaral Devid Petreus dünən ona deyib ki, ola bilsin ki, Linda Norqrov onu girov götürən taliblər tərəfindən öldürülməyib, Birləşmiş Ştatlar əsgərinin atdığı qumbara partlayışı nəticəsində həlak olub. Norqrov Əfqanıstanın şərqindəki Kunar vilayətində cümə günü həlak olub. Linda Norqrovu sentyabr ayının 26-da Kunar vilayətinin Devagal vadisində girov götürmüşdülər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR