Bank Of Baku

Portuqaliyada prezident seçkiləri 2011-ci il yanvarın 23-nə təyin olunub

Portuqaliyada prezident seçkiləri 2011-ci il yanvarın 23-nə təyin olunub
# 12 oktyabr 2010 02:08 (UTC +04:00)
Bakı-APA. Portuqaliya prezidenti Anibal Kavaku Silva növbəti prezident seçkilərini 2011-ci il yanvarın 23-nə təyin edib.

Hazırda 4 siyasətçi dövlət başçısı postuna namizədliklərini irəli sürüblər. Onların hamısı solçulardır. Hakim Sosialist partiyasının banisi, şair Manuel Aleqre sorğuların nəticələrinə görə irəlidədir. Fernandu Nobre və Defensor de Moura müstəqil olaraq çıxış edirlər, Fransişku Lopeş isə Kommunist partiyasından irəli sürülüb.

Hazırkı prezidentin də məxsus olduğu sağ cəbhədə isə sakitlikdir. Anibal Kavaku Silva hələlik namizədliyini irəli sürməyib. Lakin onun belə bir addım atacağına heç kim şübhə etmir. Sorğuların nəticələrinə görə Silva artıq birinci turda qalib gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR