Bank Of Baku

Fransanı yeni tətil dalğası bürüyür

Fransanı yeni tətil dalğası bürüyür
# 12 oktyabr 2010 21:45 (UTC +04:00)
Bakı-APA. Fransada həmkarlar ittifaqları hökumətin təqaüd islahatları proqramına etiraz olaraq tətil və nümayişlər təşkil edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu oktyabr ayında keçirilən üçüncü tətil dalğasıdır.
Hökumət minimum təqaüd yaşını 60-dan 62-yə, dövlət təqaüdü yaşını isə 65-dən 67-yə qaldırmaq istəyir.
Mülki aviasiya rəsmiləri bildiriblər ki, işçilər etiraz olaraq işdən çıxıb getdikləri üçün Fransaya və ölkədən xaricə uçuşların yarıya qədəri ləğv olunub.
İctimai nəqliyyat və enerji sektoru işçiləri də tətillər keçirib-keçirməməyə dair səsvermə keçirirlər.
Tətillər 24 saat öncədən açıqlanacaq və hər gün müddəti başa çatmamış yenidən elan olunacaq.
Tətil keçirmək üçün səs verənlər arasında dövlət dəmiryolu, qaz və elektrik şirkətləri var.
Marsel boyunca davam edən neft və karqo terminalı işçilərinin tətili isə artıq 3-cü həftəsinə qədəm qoyur və Avropada dizel qiymətlərini artırıb.
Hökumətin təqaüd islahatları təklifləri etiraz dalğasını gücləndirib və yüz minlərlə insanı küçəyə çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR