Bank Of Baku

ABŞ dövlət katibi Balkanlara səfərini Kosovoda başa vurub

ABŞ dövlət katibi Balkanlara səfərini Kosovoda başa vurub
# 14 oktyabr 2010 00:09 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət katibi Hillari Klinton Balkan səfərini Kosovoda başa vurub. Onu paytaxt Priştinada minlərlə etnik alban əllərində bayraqlarla qarşılayıb. Bu barədə APA voanews.com-a istinadən xəbər verir. Xanım Klintonun maşın kolonnası onun həyat yoldaşı və sabiq ABŞ prezidenti Bill Klintonun adını daşıyan prospekdən keçib. ABŞ dövlət katibi Kosovonun baş naziri Haşim Taci ilə görüşüb və günün sonunda serb anklavı Grananicanı ziyarət edib. Hillari Klinton Kosovoya bu respublikanın müstəqilliyini tanımaqdan imtina edən Serbiyadan gedib. İki il əvvəl müstəqilliyini elan edən Kosovo 70 ölkə tərəfindən müstəqil dövlət kimi tanınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR