Bank Of Baku

Estoniyada taksofonlar birdəfəlik yığışdırılır

Estoniyada taksofonlar birdəfəlik yığışdırılır
# 14 oktyabr 2010 03:59 (UTC +04:00)
Bakı-APA. Estoniya küçələrində olan bütün taksofonlar dekabrın 1-dək yığışdırılacaq. Ölkədə telefon rabitəsi xidməti göstərən Elion Ettevotted AS şirkəti belə bir məlumat yayıb.

Taksofonlar az tələbat və yüksək xərc səbəbindən ləğv edilirlər.

«Taksofonlara indi ehtiyac yoxdur, onların dövrü keçib», deyə Elion şirkətinin müştəri xidmətləri sektorunun başçısı Silver Soomre bildirib.

O bildirib ki, orta hesabla taksofonla gündə bir dəfə zəng edilir, bu cür rabitə növünə çəkilən xərclər isə bahadır. Taksofonla danışıq kartlarının satışı artıq dayandırılıb, artıq alınmış kartlar isə noyabrın 30-dək işləyəcəklər.

Şirkətin məlumatına əsasən Estoniyada 650 taksofon aparatı qalıb. 2005-ci ildə onların sayı 2 min 300 olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR