Bank Of Baku

NATO uzunmüddətli strategiyanı müzakirə edir

NATO uzunmüddətli strategiyanı müzakirə edir
# 14 oktyabr 2010 21:46 (UTC +04:00)
Bakı-APA. Brüsseldə toplaşan NATO üzv ölkələrin xarici və müdafiə nazirləri şimali alyansın uzunmüddətli strategiya və məqsədlərini nəzərdən keçirir.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, NATO-nun baş katibi toplantı iştirakçılarına müraciətində yeni təhlükələrin peyda olunmasından söz açıb.
Anders Fogh Rasmussen deyib ki, kiber münaqişə və ballistik raketlərdən irəli gələn hədələr daha real görünür:
"NATO-nun 900 milyon vətəndaşının müdafiəsi ilə bağlı əsas vəzifəsi dəyişməzdir. Lakin bu müasir təhlükələrdən müasir müdafiə növü olmalıdır"
Brüsseldə həmçinin nüvə silahının ixtisarı mövzusu müzakirə edilməlidir.
NATO sonuncu dəfə öz strategiyasını 1999-cu ildə, 11 sentyabr hücumlarından 2 il əvvəl nəzərdən keçirib.
NATO üzvləri arasında strategiya ilə bağlı yekdil fikir yoxdur. Belə ki, bəzi Avropa ölkələri qitədəki problemlərə diqqət yetirməyə üstünlük verirlər.
ABŞ-la həmrəy olan digər qrup isə NATO-nu qlobal təhlükəsizliyin təminatçısı kimi görür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR