Bank Of Baku

Gürcüstan parlamenti Konstitusiyaya dəyişiklik və əlavələri qəbul edib

Gürcüstan parlamenti Konstitusiyaya dəyişiklik və əlavələri qəbul edib
# 15 oktyabr 2010 16:07 (UTC +04:00)
Bakı – APA. Gürcüstan parlamenti 112 millət vəkili lehinə, 5 millət vəkili əleyhinə olmaqla Konstitusiyaya dəyişiklik və əlavələri qəbul edib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, dəyişiklik və əlavələr indiki prezident Mixail Saakaşvilinin səlahiyyət müddəti başa çatdıqdan sonra – 2013-cü ildə qüvvəyə minəcək və ölkə yeni dövlət idarəçiliyi modelinə keçəcək.

Yeni Konstitusiya prezidentin səlahiyyətlərinin azaldılması və bu səlahiyyətlərin hökumət və parlament arasında bölünməsini nəzərdə tutur. Bununla ölkədə güclü qanunverici və icraedici hakimiyyət yaranmış olacaq. Bundan başqa, məhkəmə hakimiyyətinin müstəqilliyini təmin edən dəyişikliklər və əlavələr də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR