Bank Of Baku

Macarıstanda qəzalı kombinat yenidən işə düşüb

Macarıstanda qəzalı kombinat yenidən işə düşüb
# 16 oktyabr 2010 00:12 (UTC +04:00)
Bakı-APA. Macarıstanda oktyabrın 4-də partlayış baş vermiş gil-torpaq kombinatı yenidən işə düşüb. Partlayış nəticəsində zəhərli tullantıların yayılması səbəbindən 9 nəfər həlak olmuşdu, 120-yə yaxın insan isə xəsarət almışdı. Onlardan 40 nəfəri ağır vəziyyətdədir. Yüzlərlə insan fəlakət rayonundan təxliyə olunub.

Oktyabrın 11-də hökumət MAL Zrt şirkətinə məxsus kombinatı milliləşdirmək barədə qərar qəbul edib. Hökumət nümayəndələri oktyabrın 19-da kombinatda istehsalın tam həcmdə bərpa olunacağını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR