Bank Of Baku

Serbiyada 50 min insan hökumət əleyhinə nümayişdə iştirak edib

Serbiyada 50 min insan hökumət əleyhinə nümayişdə iştirak edib
# 17 aprel 2011 01:30 (UTC +04:00)
Bakı-APA. On minlərlə serb paytaxt Belqradda hökumət əleyhinə nümayiş keçirərək, erkən seçkilərin keçirilməsinə çağırıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, 50 minə qədər insanın toplaşdığı nümayişdə prezident Boris Tadiç və onun administrasiyasının üzvlərinin ünvanına “oğrular” və başqa şüarlar səsləndirilib. Müxalifət lideri Toma Nikoliç toplaşanlara erkən seçkilər tələbi ilə aclıq aksiyasına başladığını elan edib. Serbiyada iqtisadi vəziyyət ağırlaşdıqca hökumət əleyhinə hərəkatının genişləndiyi müşahidə olunur. Fevral ayında maaşların artırılması tələbi ilə hökumət əleyhinə mitinqdə 70 min insan iştirak edib. Ölkədə seçkilər gələn il keçirilməlidir. Hökumət erkən seçkilərə razı olmayaraq, bunun Serbiyanın Avropa İttifaqına üzv olması prosesini ləngidəcəyini bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR