Bank Of Baku

Türkiyədə sabiq millət vəkili qətlə yetirilib

Türkiyədə sabiq millət vəkili qətlə yetirilib
# 23 aprel 2011 08:26 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Bursa vilayətinin Mudanya qəsəbəsində sabiq millət vəkili Mehmet Gedik öldürülüb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əslən trabzonlu olan M. Gedik aprelin 22-də axşam “Trabzonspor” futbol komandasının matçını izləmək üçün restorana gedib. Restoranda onunla başqa bir şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı digər şəxs tapançasını çıxararaq M. Gedikə atəş açıb. 4 güllə yarası alan keçmiş millət vəkili hadisə yerində ölüb. Qatil həbs edilib.

Qeyd edək ki, M. Gedik iki dəfə Ana Vətən Partiyasından (ANAP) millət vəkili seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR