Bank Of Baku

Erməni terror təşkilatı Türkiyəni Azərbaycanı dəstəklədiyinə görə hədələyib

Erməni terror təşkilatı Türkiyəni Azərbaycanı dəstəklədiyinə görə hədələyib
# 23 aprel 2011 18:50 (UTC +04:00)
Bakı-APA. Türkiyə mətbuatında verilən xəbərə görə, erməni terror təşkilatı ASALA Türkiyənin Tbilisidəki səfirliyinə təhdid məktubu göndərərək, Ankaranı Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbyacanı dəstəkləməkdən əl çəkməsi üçün hədələyib.
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə məktubda deyilir: “Prosesdən çəkilin, yoxsa tamamlanmayan işi tamamlarız”.
Erməni terror təşkilatı 1973-1984-cü illərdə türk diplomatlarına qarşı terror aktlarının davam edəcəyinə işarə edib.
Ermənilərin 24 aprel - qondarma “soyqırmı” ərəfəsində Türkiyənin Fransa və Kanada səfirliklərinə də məktublar göndərdikləri bildirilir. Bununla bağlı Türkiyə Milli Kəşfiyyat İdarəsi araşdırmalar aparır. Türkiyə səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR