Bank Of Baku

ABŞ və Böyük Britaniya Qəddafinin fiziki məhvi planını müzakirə edir

ABŞ və Böyük Britaniya Qəddafinin fiziki məhvi planını müzakirə edir
# 26 aprel 2011 16:23 (UTC +04:00)
Bakı - APA. Böyük Britaniyanın müdafiə naziri Liam Foks və Baş Qərargah rəisi Devid Riçards amerikalı həmkarları ilə danışıqlar aparmaq üçün Vaşinqtona səfər ediblər.

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, danışıqlar zamanı tərəflər “Polkovnik Qəddafinin məhvi planı”nı hazırlamaq niyyətindədirlər.

Liam Foks ABŞ-a uçuş ərəfəsində Liviya liderlərini hədələməkdən çəkinməyib: “Əgər rejim öz xalqına qarşı müharibəni davam etdirsə, qoşunların idarə olunmasında iştirak edən şəxslər tərəfimizdən qanuni hədəf kimi qəbul olunacaq. Liviyada münaqişənin sülh yolu ilə həlli yolunda maneələrdən biri polkovnik Qəddafidir”.

Liam Foks və Devid Riçards ABŞ-ın müdafiə naziri Robert Geyts və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mayk Mallenenlə danışıqlar aparacaqlar. Tərəflər NATO aviasiyasının və ABŞ-ın pilotsuz təyyarələrinin hədəflər siyahısının genişləndirilməsinin mümkünlüyünü müzakirə edəcəklər.

Bundan başqa, britaniyalılar amerikalıları neft məhsulları və silah-sursat anbarlarının məhvində iştirak etməyə, eləcə də Liviyanın dəniz blokadasını gücləndirməyə inandırmağa çalışacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR