Bank Of Baku

Almaniyada partlayış təhlükəsinə görə 12 min nəfər evakuasiya edilib

Almaniyada partlayış təhlükəsinə görə 12 min nəfər evakuasiya edilib
# 27 aprel 2011 03:29 (UTC +04:00)
Bakı-APA. Almaniyanın Aşağı Saksoniya bölgəsində İkinci Dünya müharibəsi zamanından partlamamış Böyük Britaniya istehsalı aviabomba aşkar olunandan sonra 12 min nəfər evakuasiya edilib.
APA-nın vz.ru saytına istinadən verdiyi məlumata görə, bomba ekskavatorla qazıntı aparılan zamanı dəmir yolu stansiyasının yaxınlığında aşkar edilib. Polis bomba tapılan yeri mühasirəyə alıb. Evakuasiya edilən insanları müvəqqəti olaraq məktəblərdə yerləşdiriblər. Bomba aprelin 27-i axşam zərərləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR