Bank Of Baku

Çelentano Berluskonini yalançı adlandırıb

Çelentano Berluskonini yalançı adlandırıb
# 29 aprel 2011 21:51 (UTC +04:00)
Bakı-APA. İtalyan musiqiçisi və kinoaktyoru Adriano Çelentano yazdığı açıq məktubda baş nazir Silvio Berluskonini kəskin tənqid edib.

Məktubda Çelentano baş naziri yalançılıqda və ölkəni idarə edə bilməməkdə günahlandırıb.

«Artıq Berluskoni kimi bir adamın nəinki İtaliya, heç bir ölkəni idarə edə bilmədiyini başa düşmək üçün sağ və ya sol olmaq lazım deyil. Ən yaxşı halda o və onun yalançı yaltaqları kiçik tayfaya yaraya bilərlər. Orada onlar başçının ətrafında toplaşaraq öz yalanlarından qidalana bilərlər», deyə məktubda deyilir.

Məktub «tələbələrə, kommunistlərə, faşistlərə, leqistlərə («Şimal Liqası» muxtariyyətçi partiyasının tərəfdarları) və fəhlələrə» ünvanlanıb

«O heç kimə gülməli olmayan lətifələrin köməyi ilə Konstitusiyanı dəyişmək istəyir. Onu məhkəməyə cəlb etmək istəyən hakimlərlə münaqişədədir. Onun ünvanına səsləndirilən ittihamların sayı-hesabı yoxdur. Bəlkə də o həqiqətən günahsızdır, lakin biz bunu heç vaxt bilməyəcəyik. O əvvəlkitək məhkəməyə gəlmək istəmir və başa düşmür ki, seçicilər artıq özlərinə «yalançının bizi idarə etməsi düzgündürmü?» sualını verirlər», deyə məktubda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR