Bank Of Baku

Avropa İttifaqı təyyarələrə əl çantasında maye keçirilməsinə icazə verilməsini təxirə salıb

Avropa İttifaqı təyyarələrə əl çantasında maye keçirilməsinə icazə verilməsini təxirə salıb
# 30 aprel 2011 09:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa İttifaqı (Aİ) üçüncü ölkələrdə (Aİ-dən xaric) alınmış mayenin təyyarələrdə uçarkən əl çantasında keçirilməsinə icazə verilməsini təxirə salıb. «APA-Economics»in məlumatına görə, bu barədə qərar bir sıra ölkələrin sözügedən məhdudiyyəti uzatmasından sonra verilib.

Üçüncü ölkələrdə alınmış mayenin təyyarələrdə uçarkən əl çantasında keçirilməsinə icazə verilməsi aprelin 29-na gözlənilirdi. Lakin Aİ-nin nəqliyyat üzrə komissarı Siym Kallasın sözlərinə görə, sözügedən məhdudiyyətlər hələ də qüvvədə qalmaqdadır: «Bütün ölkələrdə mayenin təyyarədə olarkən əl çatnasında aparılmasına icazə verilməsinə yekdilliklə nail olmaq mümkün olmayıb. Belə ki, Aİ üzvü olan bir çox ölkə bu məhdudiyyəti uzatmağı qərara alıb».

Bundan öncə Aİ bildirirdi ki, artıq 2011-ci ildə Aİ-yə daxil olmayan ölkələrin aeroportlarının ərazisində yerləşən, vergi rüsumu olmayan dükanlardan alınan, həmçinin üçüncü ölkələrin aviaşirkətlərinin avialaynerlərinin bortunda alınan mayenin əl çantasında keçirilməsinə icazə veriləcək, 2013-cü ildə isə Avropanın hava limanları sərnişinlərin apardığı mayeni skanerdən keçirə biləcək avadanlıqlarla təchiz olunacaq.

Bununla yanaşı, 2013-cü ilin aprel ayının sonunadək ümumiyyətlə mayenin təyyarəyə keçirilməsinə tam icazə verilməsi gözlənilir ki, bu müddət ərzində bütün aeroportlarda sözügedən skaner avadanlıqları quraşdırılacaq. Sözügedən avadanlıqlar mayenin tərkibində partlayıcı maddənin olub-olmamasını təyin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR