Bank Of Baku

Rumıniya ərazisində ABŞ raket hücumundan müdafiə sistemləri yerləşdiriləcək

Rumıniya ərazisində ABŞ raket hücumundan müdafiə sistemləri yerləşdiriləcək
# 03 may 2011 12:08 (UTC +04:00)
Bakı – APA. Rumıniya ərazisində ABŞ raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi haqqında saziş imzalanıb. APA-nın “France-Presse” agentliyinə istinadən yaydığı xəbərə, bu barədə Rumıniya prezidenti Trayan Basesku açıqlama verib.

Televiziya ilə xalqa müraciət edən T. Basesku deyib ki, müdafiə sistemləri Rusiyanın mümkün təcavüzündən qorunmaq məqsədi daşımır. O, Rumıniya Hərbi Hava Qüvvələrinin ölkənin cənubundakı keçmiş bazasının amerikalıların sərəncamına veriləcəyini bildirib. 200-500 arası ABŞ əsgərinin yerləşdiriləcəyi obyekt Rumıniyanın komandanlığında olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR