Bank Of Baku

İtaliya polisi mafiya ilə əlaqədə şübhəli bilinən 80 nəfəri həbs edib

İtaliya polisi mafiya ilə əlaqədə şübhəli bilinən 80 nəfəri həbs edib
# 03 may 2011 14:53 (UTC +04:00)
Roma-APA. İtaliya polisinin keçirdiyi əməliyyat nəticəsində mafiya ilə əlaqələrdə şübhəli bilinən 80 nəfər həbs olunub. APA-nın məlumatına görə, həbs olunanlar arasında Marina-di-Coyoza-Yonika şəhərinin meri də var. Mer Rokko Fermina şəhər podratını mafiyanın nəzarətində olan firmalara verməkdə ittiham olunur. Bundan başqa mafiyaya qarşı təhqiqatın gedişi ilə bağlı mafiyanı məlumatlandırmaqda şübhəli bilinən polis əməkdaşı da həbs olunub.

Daha 40 nəfər, o cümlədən bələdiyyə seçkilərdə baş nazir Silvio Berluskoninin partiyasından iki namizəd Neapolda həbs olunub. Saxlanan şəxslərin “Kamorra” mafiyası ilə əlaqəsi olduğu güman edilir.

Xatırladaq ki, aprelin 23-də “Sakra Korona Yunita” mafioz qruplaşmasının rəhbəri Françesko Kampana da həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR