Bank Of Baku

Bolqarıstan təhlükəsizlik orqanları ilə əməkdaşlıq etmiş 13 səfirini geri çağırıb

Bolqarıstan təhlükəsizlik orqanları ilə əməkdaşlıq  etmiş 13 səfirini geri çağırıb
# 04 may 2011 03:46 (UTC +04:00)
Bakı-APA. Bolqarıstan Xarici İşlər Nazirliyi kommunizm dövründə dövlət təhlükəsizlik orqanları ilə əməkdaşlıq etmiş 13 səfirini geri çağırıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Bolqarsan XİN-nin mətbuat katibi Veselu Çernevu yayıb.
O bildirib ki, 2010-cu ildən lüstrasiya üzrə komissiyanın apardığı işin nəticəsi olaraq dövlət təhlükəsizlik xidmətinin keçmiş agentlərinin siyahısı açıqlanıb. XİN-in 462 əməkdaşı ilə bağlı yoxlama aparan komissiya aşkar edib ki, 196 nəfər, aralarında 35 səfir olmaqla dövlət təhlükəsizlik xidməti ilə əməkdaşlıq ediblər.
Geri çağırılan səfirlər Bolqarıstanın Serbiyada, Yunanıstanda, Almaniyada, Çində, Rumıniyada, Gürcüstanda, İsveçdə, Litvada, Bosniya Herseqovinada, Belarusda, Makedoniyada, BMT-də, YUNESKO-dakı diplomatik missiyalarının rəhbərləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR