Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan: “Bizim heç bir hücuma boyun əyməyəcəyimizi dost da, düşmən də çox yaxşı bilməlidir”

Rəcəb Tayyib Ərdoğan: “Bizim heç bir hücuma boyun əyməyəcəyimizi dost da, düşmən də çox yaxşı bilməlidir”
# 19 oktyabr 2011 13:21 (UTC +04:00)
APA-nın xəbərinə görə, R. T. Ərdoğan təhlükəsizlik qüvvələrinin başqa ölkəyə qaçan terrorçuları təqib etmək də daxil olmaqla beynəlxalq hüquq çərçivəsində geniş miqyaslı hərbi əməliyyatlar keçirdiklərini bildirib: “Türkiyə düşmənləri yaxşı bilməlidir ki, Türkiyə dövləti əziz şəhidlərimizin ruhları üzərində inşa edilib. Bu torpaqların hər qarışı şəhid ruhları ilə sulanıb. Bu torpaqlar bu şəkildə vətən olub, bayrağımız rəngini şəhid qanından alıb. Vətən və bayraq bizim üçün namus və şərəf deməkdir, uğrunda hər vətən övladının can verəcəyi qədər müqəddəsdir. Bizim heç bir hücuma boyun əyməyəcəyimizi, geri addım atmayacağımızı dost da, düşmən də çox yaxşı bilməlidir. Hər kimsə terrora gizli və ya açıq dəstək verirsə, bilsinlər ki, Türkiyənin gözü onların üzərindədir. Terror təşkilatı kimdən, haradan dəstək alırsa, hamısından hesab sorulacaq”.

R. T. Ərdoğan Türkiyənin terrora qarşı mübarizədə beynəlxalq aləmdən həmrəylik və aktiv əməkdaşlıq gözlədiyini bəyan edib. Baş nazir PKK terror təşkilatının bəzi xarici qüvvələrin əlində alətə çevrildiyini, Türkiyənin güclənməsini və inkişafını istəməyən bu qüvvələrin PKK-dan istifadə etdiyini söyləyib. O, terrorla mübarizənin uzunmüddətli bir mübarizə olduğunu vurğulayaraq Türkiyənin öz soyuqqanlılığını itirməyəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR