Bank Of Baku

Avropa Şurasının baş katibi Tyorbörn Yaqland Türkiyənin Hakkari vilayətində baş vermiş terror aktını qətiyyətlə pisləyib

Avropa Şurasının baş katibi Tyorbörn Yaqland Türkiyənin Hakkari vilayətində baş vermiş terror aktını qətiyyətlə pisləyib
# 19 oktyabr 2011 18:24 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurasının baş katibi Tyorbörn Yaqland Türkiyənin cənub-şərqində bu gün səhər baş vermiş terror aktını qətiyyətlə pisləyərək tələf olmuş əsgərlərin ailələrinə və türk xalqına baş sağlığı verib.

«Bu gün Hakkaridə PKK tərəfindən törədilmiş terror aktı nəticəsində qətlə yetirilmiş 26 türk əsgərinin ailələrinə öz dərin və səmimi baş sağlığımı bildirirəm. Eyni zamanda on illərdir dəhşətli terrorizm qurbanına çevrilmiş türk xalqı ilə də həmrəy olduğumuzu bildirirəm. Türkiyənin baş naziri cənab Ərdoğanın terrorizmlə mübarizənin ən səmərəli yolunun demokratiyaya və insan hüquqlarına daha çox yer verilməsi olması barədə fikirləri ilə tam şəkildə bölüşürəm».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR