Bank Of Baku

Mövlud Çavuşoğlu və Konstantin Qrişşenko Türkiyədəki terror aktlarını kəskin şəkildə pisləyiblər

Mövlud Çavuşoğlu və Konstantin Qrişşenko Türkiyədəki terror aktlarını kəskin şəkildə pisləyiblər
# 19 oktyabr 2011 18:46 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının sədri mövlud Şavuşoğlu və Avropa Şurası nazirlər Komitəsinə sədrlik edən Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenko bu gün səhər Türkiyədə PKK tərəfindən həyata keçirilmiş terror aktını kəskin şəkildə pisləyərək, birgə bəyanatla çıxış ediblər.
«Türkiyənin Cənub-şərqində baş vermiş terror hadisəsindən və nəticədə ən azı 26 türk əsgərinin qətlə yetirilməsindən şok vəziyyətdə olduğumuzu bildiririk. Bu vəhşi terror olayını və eləcə də dünən polislərə qarşı törədilmiş amansız qətlləri qətiyyətlə və kəskin şəkildə pisləyirik. Terroristlər belə qanlı, zorakı vasitələr və vəhşiliklərlə heç vaxt öz niyyətlərinə nail ola bilməyəcəklər. Onlar ideyaları uğrunda mübarizə aparmırlar, əksinə, vəhşilik və nifrəti yaymaqla məşğuldurlar. Bu terror aktları bizim hamımıza qarşı cinayətdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR