Bank Of Baku

Türkiyənin Hakkari vilayətindən 53 PKK terrorçusu öldürülüb - YENİLƏNİB

Türkiyənin Hakkari vilayətindən 53 PKK terrorçusu öldürülüb - <font color=red>YENİLƏNİB</font>
# 22 oktyabr 2011 11:52 (UTC +04:00)
APA-nın “TRT” kanalına istinadən yaydığı məlumata görə, Hakkarinin Kazan vadisində həyata keçirilən əməliyyatda 53 terrorçu öldürülüb. Əməliyyatın təfərrüatları açıqlanmır. İlkin məlumata görə, pilotsuz kəşfiyyat təyyarələri terrorçuların yerini müəyyənləşdirdikdən sonra vertolyotla əraziyə xüsusi təyinatlı birləşmələr göndərilib. Bundan başqa Hərbi Hava Qüvvələri səhər saatlarından etibarən Kazan vadisini aramsız bombardman edir.

Qeyd edək ki, Türkiyə mətbuatı bundan əvvəl daha 7 terrorçunun bombardmanlardan ölməsi barədə məlumat yayıb. Öldürülən terrorçular arasında PKK-nın rəhbərliyindən təmsil olunan üç nəfər də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR