Bank Of Baku

Türkiyənin Van bölgəsində baş verən zəlzələdə ölənlərin sayı 265 nəfərə çatıb

Türkiyənin Van bölgəsində baş verən zəlzələdə ölənlərin sayı 265 nəfərə çatıb
# 24 oktyabr 2011 12:25 (UTC +04:00)
APA-nın xəbərinə görə, Türkiyənin daxili işlər naziri İdris Nail Şahin ölənlərin sayının 265, yaralıların sayının isə 1140 nəfər olduğunu bəyan edib. Dağıntılar altında hələ insanlar qaldığı üçün bu rəqəmlərin daha da yüksələcəyi gözlənilir.

Baş nazirin müavini Bəşir Atalay isə zəlzələdən zərər çəkən bütün qəsəbə və kəndlərə xilasetmə dəstələri və yardımlar göstərildiyini açıqlayıb. O, zəlzələdən zərər çəkənlərin bütün ehtiyaclarının (çadır, qızdırıcı və s.) bu gün tam təmin olunacağını bildirib.

Fəlakətlə əlaqədar Vandakı təhsil ocaqlarında 1 həftəlik tətil elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR