Bank Of Baku

Fransa xarici işlər nazirinin Türkiyəyə səfəri təxirə salınıb

Fransa xarici işlər nazirinin Türkiyəyə səfəri təxirə salınıb
# 24 oktyabr 2011 14:00 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Fransanın xarici işlər naziri Alen Jüpenin Türkiyəyə səfəri təxirə düşüb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xarici işlər naziri Əhməd Davudoğlunun rəsmi dəvəti əsasında oktyabrın 26-na nəzərdə tutulan səfər hər iki nazirin iş qrafikinin sıx olması səbəbindən noyabrın ortalarına qədər təxirə salınıb.

Xarici işlər nazirlərinin görüşündə ikitərəfli və regional əlaqələr, Türkiyənin Avropa Birliyi ilə davam etdirdiyi tam üzvlük müzakirələri, Kipr mövzusunun detallı şəkildə müzakirəsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR