Bank Of Baku

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Son iki ayda İraqın şimalında 250-270 PKK terrorçusu məhv edilib”

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Son iki ayda İraqın şimalında 250-270 PKK terrorçusu məhv edilib”
# 25 oktyabr 2011 08:38 (UTC +04:00)
N. Özəl NTV-yə müsahibəsində bu il avqustun 17-dən bəri İraqın şimalındakı PKK mövqelərinə havadan və yerdən endirilən zərbələr nəticəsində 250-270 terrorçunun öldürüldüyünü, 210-dan çox terrorçunun yaralandığını bildirib: “Bəzi kəşfiyyat məlumatlarına görə, terror təşkilatının itkiləri mənim söylədiyim rəqəmlərdən çoxdur. Əməliyyatlar nəticəsində terrorçuların İraqın şimalında qurduğu infrastrukturun bir hissəsi – müxtəlif sığınacaqlar, mağaralar, cəbbəxanalar, tikililər, komanda-nəzarət məntəqələri dağıdılıb. Terror təşkilatı bəzi terrorçu qrupları daha təhlükəsiz hesab etdiyi bölgələrə geri çəkib. Terror təşkilatından qaçan terrorçuların sayı artıb”.

Qeyd edək ki, avqustun 19-da PKK terrorçularının hücumları nəticəsində 24 türk əsgərinin şəhid olmasından sonra Türkiyə Silahlı Qüvvələri həm ölkənin cənub-şərqində, həm də İraqın şimalında geniş miqyaslı əməliyyatlara başlayıb. Son 5 gün ərzində İraqla həmsərhəd olan Hakkari bölgəsinin Çukurca qəsəbəsi ərazisindəki Kazan vadisində gizlənən iri terrorçu qruplaşmanın 121 üzvü məhv edilib. Oktyabrın 20-də İraqın şimalına daxil olan piyada qüvvələrindən sonra oktyabrın 24-də axşam azı 35 tank bölgəyə yeridilib. Tanklar PKK-nın İraqın şimalındakı ən böyük bazalarından biri olan Haftanin düşərgəsinə doğru irəliləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR