Bank Of Baku

Papandreu: «Yunanıstan götürdüyü öhdəliklərdən imtina etmir»

Papandreu: «Yunanıstan götürdüyü öhdəliklərdən imtina etmir»
# 03 noyabr 2011 01:50 (UTC +04:00)
Bakı-APA. Yunanıstan özünü avrozonanın bir hissəsi hesab etdiyinə görə, avropalı tərəfdaşları qarşısında götürdüyü öhdəliklərindən imtina etmir. Yunanıstanın baş naziri Georgios Papandreu Kannda avrozonanın liderləri ilə görüşdən sonra belə bir bəyanatla çıxış edib.

Afinanın Avropanın maliyyə yardımı planına yanaşmasını şərh edən Papandreu qeyd edib: «Qərarı yunan xalqının qəbul etməsi vacibdir. Biz avrozonanın bir hissəsi olmağımızla fəxr edirik və öhdəliklərimizi yerinə yetirə bilərik».

«Bu bizim ümumi Avropa valyutası sisteminə yerimiz baxımından da vacibdir. Referendum məhz bu məqsədlə keçirilir. Məncə biz onu dekabrın 4-də keçirə bilərik», deyə Papandreu əlavə edib.

Xatırladaq ki, yunan hökuməti Avropa Birliyinin Yunanıstanın böhrandan çıxarılmasına dair planını referenduma çıxarmaq barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR