Bank Of Baku

Sarkozi: «Yunanıstan öhdəliklərinə əməl etməsə, maliyyə yardımı almayacaq»

Sarkozi: «Yunanıstan öhdəliklərinə əməl etməsə, maliyyə yardımı almayacaq»
# 03 noyabr 2011 00:55 (UTC +04:00)
Bakı-APA. Yunanıstan oktyabrın 27-də əldə olunmuş razılaşmalara əməl etməsə Avropanın yardım planı çərçivəsində növbəti vəsaiti almayacaq. Fransa prezidenti Nikolya Sarkozi belə bir bəyanatla çıxış edib.

«Biz aydın şəkildə yunan hakimiyyəti və müxalifətinə bildirik ki, avropalılar və BVF Yunanıstan 27 oktyabr paketini bütövlükdə yerinə yetirməyənədək və referendumun nəticələrinə dair bütün qeyri-müəyyənlik aradan qalxmayanadək bu ölkə yardımın övbəti mərhələsini həyata keçirə bilməyəcəklər», deyə Sarkozi bildirib.

Oktyabrın 27-də Brüsseldə keçirilmiş sammitdə Avropa Birliyi liderləri bir daha Yunanıstanın defoltdan xilas edilməsi üzrə ikinci planı təsdiq eləyiblər. Bu plana əsasən, Yunanıstan AB və BVF-dən daha 100 milyard avro həcmində yardım ala biləcək, həmçinin bu ölkənin borclarının 50%-i silinə bilər.

Xatırladaq ki, yunan hökuməti Avropa Birliyinin Yunanıstanın böhrandan çıxarılmasına dair planını referenduma çıxarmaq barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR