Bank Of Baku

Yunanıstan müxalifəti: «Papandreu ölkə barədə dezinformasiya yayır»

Yunanıstan müxalifəti: «Papandreu ölkə barədə dezinformasiya yayır»
# 03 noyabr 2011 04:54 (UTC +04:00)
Bakı-APA. Yunanıstan müxalifəti baş nazir Georgios Papandreunun təklif etdiyi ya Avropa Birliyinin kredit proqramını qəbul etmək, ya da avrozonadan çıxmaq dilemmasını qəbul etmir. Bu barədə Yunanıstanın sağ-mərkəzçi parlament müxalifətinin nümayəndəsi Yannis Mixelakis bəyan edib.

Xatırladaq ki, Nikolya Sarkozi Yunanıstanda keçiriləcək Avropa Birliyinin yardımına dair referendumun bü ölkənin avrozonadakı taleyini həll edəcəyini bildirib.

«Merkel və Sarkozinin bəyanatları onu göstərir ki, Papandreu onlara Yunanıstanın avrozonada qalıb-qalmamaq barədə düşündüyünü deyib. Belə bir problem yoxdur və onu cənab Papandreunun özü dezinformasiyanın köməyilə yaratmaq istəyir. Yeganə problem cənab Papandreunun özünün baş nazir vəzifəsində qalmasıdır. Bu şəxs ölkənin Avropa yolu ilə getmək barədə strateji seçimini şübhə altına qoyub. Cənab Papandreu təhlükəlidir və getməlidir», deyə Mixelakis bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR