Bank Of Baku

UNESCO-nun baş direktoru ABŞ-ın bu təşkilata maliyyə dəstəyini dayandırması ilə bağlı bəyanatla çıxış edib

UNESCO-nun baş direktoru ABŞ-ın bu təşkilata maliyyə dəstəyini dayandırması ilə bağlı bəyanatla çıxış edib
# 03 noyabr 2011 10:49 (UTC +04:00)
UNESCO-dan APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, hazırkı iqtisadi böhran və sosial təlatümlər dövründə UNESCO-nun qlobal stabillik və demokratik dəyərlər naminə gördüyü işlər ABŞ-ın da maraqlarına cavab verir: “ABŞ UNESCO-nun mühüm tərəfdaşlarından biridir. Üzvlük haqlarının ödənilməməsi, həmçinin ABŞ tərəfindən digər maliyyə yardımlarının dayandırılması UNESCO-nun effektiv fəaliyyətini zəiflədəcək və azad və açıq cəmiyyətlərin formalaşmasında oynadığı rola mənfi təsir göstərəcək. ABŞ-ın maliyyə dəstəyi UNESCO-ya İraq, Tunis və Misirdə azad və rəqabətə davamlı kütləvi informasiya vasitələrini inkişaf etdirmək və dəstəkləməyə imkan verir, Əfqanıstanda minlərlə polisə yazıb-oxumaq öyrətməyə imkan yaradır. “Ərəb baharı”nın demokratik ruhunu dəstəkləmək üçün UNESCO seçkiləri obyektiv işıqlandıracaq jurnalistlər üçün hazırlıq kursları keçir”.

Bəyanatda bildirilir ki, UNESCO BMT-nin yeganə təsisatıdır ki, onun mandatına bütün dünyada Xolokostla bağlı maarifçilik fəaliyyətinin inkişafına dəstək daxildir.

“UNESCO ABŞ-ın təşkilatda üzvlüyünü davam etdirməsi niyyətindən məmnundur və ümidvardır ki, son nəticədə maliyyə problemləri öz həllini tapacaq. Nə qədər ki, bu məsələ həll olunmayıb, bizim üçün fəaliyyətimizin indiki səviyyəsini saxlamaq mümkün olmayacaq. Mən ABŞ administrasiyasını, Konqresi və Amerika xalqını məsələnin konstruktiv həll yolunu tapmağa və bu durğun dövrdə UNESCO-ya dəstəyi davam etdirməyə çağırıram”.

Qeyd edək ki, UNESCO Fələstin dövlətini təşkilata tamhüquqlu üzv qəbul etdikdən sonra ABŞ bu qurumu maliyyələşdirməkdən imtina etdiyi açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR