Bank Of Baku

Prokuror: “İbrahim Tatlısəsə qarşı sui-qəsd təlimatını PKK verib”

Prokuror: “İbrahim Tatlısəsə qarşı sui-qəsd təlimatını PKK verib”
# 03 noyabr 2011 12:08 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, prokuror ittiham aktını hazırlayaraq məhkəməyə göndərib.

İttiham aktına əsasən müğənniyə qarşı sui-qəsd təlimatını PKK terror təşkilatı verib. PKK-nın İ. Tatlısəsi hansı səbəbdən aradan götürmək istədiyi hələlik bəlli deyil. Bəzi gümanlara görə, sənətçi PKK-ya xərac ödəməkdən imtina etdiyi üçün onun qətlinə fərman verilib.

İş üzrə 12 nəfər ittiham olunur. Prokuror onlardan 7 nəfərinə ömürlük həbs cəzası istəyib. Məhkəmə prosesinin vaxtı hələ təyin olunmayıb.


Xatırladaq ki, bu il martın 13-dən 14-nə keçən gecə İ. Tatlısəs İstanbulda silahlı hücuma məruz qalıb. O, avtomat silahdan açılan atəşlə başından yaralanıb. Xəstəxanaya çatdırılan sənətçinin həyatını xilas etmək mümkün olub. Hazırda İ. Tatlısəsin reabilitasiya kursu davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR