Bank Of Baku

Yunanıstanın baş naziri referendum keçirilməyəcəyini rəsmən bəyan edib

Yunanıstanın baş naziri referendum keçirilməyəcəyini rəsmən bəyan edib
# 04 noyabr 2011 03:02 (UTC +04:00)
Bakı-APA. Yunanıstanın Baş naziri Georgeus Papandreu Avropa İttifaqının ayırmağa hazır olduğu yardım paketinin şərtlərini ümumxalq səsverməsinə çıxarılmayacağını bəyan edib.

APA-nın verdiyi xəbərə görə, o, Yunanıstanın əsas müxalifəti olan “Yeni Demokratiya” partiyasının Aİ-nın ikinci maliyyə yardım paketinin ratifikasiya edəcəyini alqışlayıb. Yunanıstanın Baş naziri bu partiya ilə yeni keçid hökumətinin formalaşmasına hazır olduğunu deyib.

Xatırladaq ki,Yunanıstan hökumətinə yardım kreditinin məbləği $178 mlrd dollar təşkil edir. Yardım paketinin digər hissəsini Yunanıstanın borcunun 50%-in silinməsini nəzərdə tutur.

Bunun müqabilində Yunanıstan hökuməti sərt və qeyri populyar iqtisadi tədbirlər planı tətbiq etməlidir.

Papandreu deyib: “Mən Yunanıstanın xarici tərəfdaşlarına bildirmişəm ki, əgər müxalifət danışıqlara razı olsa referendum keçirməyə ehtiyac qalmayacaq”. O bildirib ki, müxalifət bir necə şərt irəli sürüb: koalisiya hökumətinin yaradılması, yeni parlament seçkilərin keçirilməsi və sair. Bu məsələlər danışıqlarda müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR