Bank Of Baku

İsrail növbəti dəfə Qəzzaya humanitar yardım aparan gəmiləri əngəlləyib

İsrail növbəti dəfə Qəzzaya humanitar yardım aparan gəmiləri əngəlləyib
# 04 noyabr 2011 16:38 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, noyabrın 2-də Türkiyədən yola çıxan “Təhrir” adlı Kanada gəmisi və “Saoirse” adlı İrlandiya gəmisində 5 ölkədən 27 aktivistin olduğu və gəmilərin 30 min dollarlıq dərman-tibbi ləvazimat daşıdığı bildirilir.

İsrail donanması əvvəlcə gəmilərə ya geri dönmələri, ya da Misir limanına getmələri barədə xəbərdarlıq edib. Lakin gəmilərdə olan insanlar bu tələbi rədd ediblər. Bundan sonra İsrail hərbçilərinə gəmilərə müdaxilə etmək əmri verilib. Əsgərlər gəmilərin göyərtəsinə çıxıblar. İsrail ordusunun sözçüsü Avital Leiboviç gəmilərin saxlanılaraq İsrailin Aşdod limanına aparıldığını açıqlayıb. Olay zamanı ölən və yaralanan olmayıb. Gəmilərin heyəti Aşdodda həbs ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR