Bank Of Baku

Sarkozi: «Təhlükə yaransa, Fransa İsrailin köməyinə gələcək»

Sarkozi: «Təhlükə yaransa, Fransa İsrailin köməyinə gələcək»
# 04 noyabr 2011 20:55 (UTC +04:00)
Bakı-APA. Əgər İsrailin mövcudluğuna təhlükə yaranarsa, Fransa tamaşaçı olaraq qalmayacaq. Fransa prezidenti Nikolya Sarkozi belə bir bəyanatla çıxış edib.

«Əgər İsrailin mövcud olmağına birbaşa təhlükə yaranarsa, Fransa buna sakit baxmayacaq. Çünki İkinci Dünya müharibəsində baş verənlərdən sonra İsrailin mövcud olmasını 20-ci əsrin vacib siyasi amili hesab edirik. Bu məsələdə güzəştə getmək fikrində deyilik», deyə Sarkozi bildirib.

Eyni zamanda Fransa prezidenti bu məsələ ilə bağlı İrana qabaqlayıcı zərbələrin endirilməsini inkar edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR