Bank Of Baku

Dövlət Departamenti: ABŞ Rusiyanın ÜTT-yə üzv olması barədə Moskva və Tiflis arasında razılıq əldə olunmasını alqışlayır

Dövlət Departamenti: ABŞ Rusiyanın ÜTT-yə üzv olması barədə Moskva və Tiflis arasında razılıq əldə olunmasını alqışlayır
# 05 noyabr 2011 19:40 (UTC +04:00)
Bakı-APA. ABŞ Rusiya Federasiyasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması barədə Rusiya və Gürcüstan hökumətləri arasında razılaşma əldə olunmasını alqışlayır. APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Victoria Nuland bəyan edib.

Xatırladaq ki, Moskva və Tiflis Rusiyanın ÜTT-yə üzvlüyü ilə bağlı ikitərəfli sazişin layihəsini razılaşdırıb, gələn həftə müqavilə imzalanacaq.

Razılaşma yüklərin Abxaziya və Cənubi Osetiya sərhədində monitorinqinin keçirilməsini nəzərdə tutur. Rusiyanın məhz bu separatçı bölgələrlə ticarət əlaqələri Moskva və Tiflis arasında danışıqlarda mübahisə mövzusu olub.

2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsindən sonra Tiflis Moskva ilə diplomatik münasibətlərini kəsib və Rusiyanın ÜTT-yə üzv olmasına dair danışıqları dayandırıb. Danışıqlar yalnız bu ilin mart ayında İsveçrədə bərpa olunub.

Gürcüstan prezidenti Mixail Saakaşvili razılaşmanın əldə olunmasının Gürcüstanın qələbəsi olduğunu bildirib. "Rusiyanın ÜTT-yə qəbul edilməsi barədə razılaşma əldə olunması bizim diplomatik qələbəmizdir" deyən Gürcüstan prezidenti Rusiyanın 2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin sərhəd ərazilərinə ikitərəfli nəzarət təklifindən yayındığını vurğulayıb.

Saakaşvilinin sözlərinə görə, Rusiya həmin il beynəlxalq qanunlara sığmayan hərəkət edərək Gürcüstan ərazilərini müstəqil dövlət kimi tanıdığını elan edib. Lakin bu qərar beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməyib. Rusiya son vaxtlaradək bu ərazilərdən keçən yüklərə Gürcüstanla birlikdə nəzarət etməyə razılaşmırdı. Gürcüstan isə Rusiyanın ÜTT-yə qəbulu məsələsində 10 təklifi sual altında qoymuşdu. Lakin intensiv danışıqlardan sonra razılaşma əldə etmək mümkün olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR