Bank Of Baku

Tiflisin Marcanişvili Dövlət Teatrında Elçinin “Qatil” tamaşası oynanılacaq

Tiflisin Marcanişvili Dövlət Teatrında Elçinin “Qatil” tamaşası oynanılacaq
# 05 noyabr 2011 22:05 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Noyabrın 7-də saat 18.00-da Marcanişvili adına Dövlət Teatrının salonunda Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının yaradıcı kollektivinin təqdimatında Elçin Əfəndiyevin "Qatil" dram əsərinin premyerası olacaq. Tamaşanın quruluşçu rejissoru Namiq Valehoğlu APA-ya açıqlamasında əsəri bir aydan çoxdur ki, hazırladıqlarını bildirib. "Lakin teatrımızda təmir getdiyi üçün yerimiz olmadı. Reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin müşaviri Savalan Mirzəyev bizə kömək göstərərək yer təşkil edib. Artıq bizim noyabrın 7-də çoxdan ayrıldığımız azərbaycanlı və gürcü tamaşaçılarımızla görüşümüz baş tutacaq. Çox arzulayırıq ki, tamaşaları öz teatrımızda oynayaq. İnanıram ki, o gün uzaqda deyil. "Qatil" tamaşasında da gənc və istedadlı aktyorlarımız oynadıqları rolların öhdəsindən məharətlə gələcəklər. Tamaşaçılar teatrımızın səhnəsində Şeyla Cəfərovanı, Aslan Məmmədovu, Fazil Bayramovu, Marianna Məmmədovanı və digər istedadlı aktyorları yaxşı tanıyırlar."
Qeyd edək ki, tamaşa Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi, Gürcüstanda Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzinin köməyi ilə baş tutacaq.
Tamaşanın premyerasına Gürcüstanın dövlət adamları, parlamentin nümayəndələri, Tiflis və ətraf bölgələrdə yaşayan azərbaycanlı ziyalılar və jurnalistlər dəvət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR