Bank Of Baku

Fevralda Yunanıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Fevralda Yunanıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək
# 07 noyabr 2011 08:19 (UTC +04:00)
Bakı – APA. Yunanıstanın əsas siyasi partiyaları ötən gecə keçirilən toplantıda ölkədə növbədənkənar parlament seçkilərinin 2012-ci il fevralın 19-da keçirilməsinə dair qərar qəbul edib. APA-nın məlumatına görə, bu barədə maliyyə naziri Yevangelos Venizelos və onun müavininin müxalifətin nümayəndələri ilə keçirilmiş görüşdə qərara gəlinib. Tərəflər həmçinin yeni hökumətin yaradılmasının müvəqqəti çərçivələrini müzakirə ediblər.

Xatırladaq ki, dünən Yunanıstanın baş naziri Georgios Papandreu istefa verməyə hazır olduğunu bəyan edib. Siyasi qüvvələr isə bunu nəzərə alaraq koalisiya yaratmaq qərarına gəlib. Yeni hökumətin formalaşması ilə bağlı danışıqların artıq bu gün başlayacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 31-də baş nazir G.Papandreu Yunanıstanın Avrozonadan çıxması ilə bağlı referendumun keçirilməsi ideyası ilə çıxış edib. Bundan sonra hökumətdə məsələ ilə bağlı ciddi fikir ayrılığı yaranıb. Əksər aparıcı Avropa dövlətləri də bu ideyanın əleyhinə çıxış edib və baş nazir fikrindən daşındığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR