Bank Of Baku

Türkiyənin Yunanıstandakı baş konsulluğunun binasına hücum olub

Türkiyənin Yunanıstandakı baş konsulluğunun binasına hücum olub
# 07 noyabr 2011 13:17 (UTC +04:00)
APA-nın «CNN türk»ə istinadən verdiyi məlumata görə, şəhərin Apostol Pavel küçəsində yerləşən Atatürkün ev muzeyini və Agiu Dimitriu prospektindəki Türkiyə Baş Konsulluğunu mühafizə edən polis məntəqəsinə və avtobusuna yandırıcı maddə ilə dolu olan butulkalar atılıb. Kimliyi bəlli olmayan, özlərini «iqtidar müxalifləri» kimi bəyan edən və anarxistlər hesab olunan 20-yə yaxın şəxs gecə saat 02:45 radələrində baş konsulluğun mühafizəsini təşkil edən polis məntəqəsinə yandırıcı maddə ilə dolu olan butulkalar atıblar. Nəticədə, yaxınlıqda yerləşən polis avtobusunu alov bürüyüb. Polisin və yaxınlıqdakı mağaza işçilərinin köməkliyi ilə avtobusdakı yanğını söndürmək mümkün olub.

Hücumun qarşısını almaq istəyən polislə bu şəxslər arasında qarşıdurma yaranıb. Polis hücumun qarşısını almaq məqsədilə səs və gözyaşardıcı bombalardan istifadə edib.

Hadisə zamanı 1 polis əməkdaşı yaralanıb. Lakin Atatürkün ev muzeyinin və baş konsulluğun yerləşdiyi binalara hər hansı bir zərər dəyməyib.

Məlumatda qeyd olunub ki, Yunanıstanın Saloniki şəhərində Mustafa Paşa Atatürkün ev muzeyini və Türkiyənin bu şəhərdəki baş konsulluğuna qarşı artıq son 4 ildə 2 dəfə hücum olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR