Bank Of Baku

İtaliya:kreditlərin faizi rekord səviyyəyə çatıb

İtaliya:kreditlərin faizi rekord səviyyəyə çatıb
# 08 noyabr 2011 02:29 (UTC +04:00)
Bakı-APA. İtaliyada davam edən siyasi böhranla bağlı qeyri-müəyyənlik fonunda ölkəyə kreditlərin faizi avronun tətbiqindən bəri rekord səviyyəyə çatıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, ehtiyat edilir ki, avrozonanın sayca 3-cü iqtisadiyyatı olan İtaliya borc böhranın növbəti qurbanı ola bilər.
Hazırda İtaliyanın dövlət borcu ilə bağlı xərclərin idarə olunması ildə təqribən 270 milyard dollara başa gəlir.
Maliyyə bazarlarında İtaliyanın dövlət borcunu ödəməyə qadir olmasına dair əminlik getdikcə azalıb.
Hargreaves Lansdown investisiya şirkətinin başçısı Riçard Hunter narahatlıqların sırf iqtisadi deyil, siyasi məsələlərlə bağlı olduğunu deyib.
O deyib, “bu Berluskoninin sonunun başlanğıcı ola bilər”.
Onun sözlərinə görə Yunanıstan avrozonanın ümumi daxili məhsulunun 2 faizini istehsal edirsə, İtaliya Almaniya ilə Fransadan sonra Avropanın 3-cü iqtisadiyyatıdır və bu amil avrozona məkanı ilə əlaqədar həssas sualları meydana çıxarmış olur.
Bu gün Avropanın maliyyə nazirləri böhranlı vəziyyəti müzakirə edəcəklər. Bundan əvvəl durum avro məkanın üzv ölkələrin sammitində nəzərdən keçirilib.
Avropa liderləri maliyyə çətinliyi yaşayan ölkələrə kömək üçün təsis edilmiş vahid fondun resurslarını 440 milyarddan 1 trilyon avroyadək artırmaq qərarına gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR