Bank Of Baku

Polşa parlamentinə seçilmiş transseksual və geyə deputat mandatı təqdim olunub

Polşa parlamentinə seçilmiş transseksual və geyə deputat mandatı təqdim olunub
# 08 noyabr 2011 09:36 (UTC +04:00)
Bakı-APA. Ənənəvi olaraq mühafizəkar ölkə sayılan Polşa tarixində ilk dəfə olaraq transseksual deputat seçilib. APA-nın məlumatına görə, 57 yaşlı Anna Qrodska bu gün parlamentdə təntənəli şəkildə and içib. Əvvəllər Kşiştof adı daşıyan Anna Qrodska Tailandda etdirdiyi əməliyyatla cinsiyyətini dəyişdirib. Onunla yanaşı bir geyə də deputat mandatı təqdim olunub. “Mavi” olduğunu gizlətməyən Robert Bedron oktyabrda keçirilən parlament seçkilərində deputat seçilib. Analitiklərin fikrincə Polşa parlamentində transseksual və geyin təmsil olunması Roma Katolik Kilsəsinin təsirinin zəifləməsinin əlamətidir. Qeyd edək ki, Qrodska və Bedron Seymə “Palikot Hərəkatı” partiyasından deputat seşiliblər. Bu partiya dindarları siyasətə müdaxilədə ittiham edir, həmçinin abortların leqallaşdırılması, bircinsli nikahlar və marixuanadan sərbəst istifadə uğrunda mübarizə aparır. Partiya oktyabrda keçirilən parlament seçkilərində gözlənilmədən 10 faiz səs toplayıb və hazırda malik olduğu mandatların sayına görə üçüncü partiyadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR