Bank Of Baku

Gürcüstan və Rusiya ÜTT-yə üzvlüklə bağlı sazişi noyabrın 9-da imzalayacaq

Gürcüstan və Rusiya ÜTT-yə üzvlüklə bağlı sazişi noyabrın 9-da imzalayacaq
# 08 noyabr 2011 19:55 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, bu barədə Frans Press agentliyinə mötəbər mənbələrdən bildiriblər. İmzalama mərasimi KİV-lərin iştirakı olmadan ÜTT-nın qərargahında keçiriləcək.

Xatırladaq ki, Gürcüstan və Rusiyanın qəbul etdiyi İsveçrə tərəfinin kompromis variantı yüklərin Abxaziya və Cənubi Osetiya ilə Rusiya arasında sərhəddən keçirilməsi üzrə beynəlxalq monitorinqin təşkilini nəzərdə tutur.

Rusiya 1993-cü ildən ÜTT-yə üzv olmağa çalışır və 2008-ci ildə Gürcüstan qurumun üzvü kimi bu danışıqlardan çıxıb. Bunun səbəbi kimi Rusiya prezidentinin Abxaziya və Cənubi Osetiyada sanksiyaların aradan qaldırılması fərmanı olub. Bu ilin mayında danışıqlar yenidən bərpa olunub.

Beynəlxalq ticarətin liberallaşdırılması və üzv ölkələrin siyasi-ticari münasibətlərinin tənzimlənməsi üçün yaradılan ÜTT hazırda 153 ölkəni özündə birləşdirir. Rusiyanın ÜTT-yə üzvlüyü üçün onların hər birinin razılığı tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR