Bank Of Baku

İtaliya parlamentində Berluskoninin mövqeyi zəifləyib

İtaliya parlamentində Berluskoninin mövqeyi zəifləyib
# 09 noyabr 2011 00:31 (UTC +04:00)
Bakı-APA. İtaliyanın иaş naziri Silvio Berluskoni parlament səsverməsindən büdcə layihəsini keçirə bilsə də, səsvermənin nəticəsi onun üçün acınacaqlı olub.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, keçirilən səsvermə göstərib ki, baş nazir artıq parlamentdə səs çoxluğuna malik deyil. O, büdcənin lehinə yalnız 308 səs toplaya bilib. Halbuki parlamentdə mütləq səs çoxluğu 316 səs təşkil edir.

Bu cür nəticədən sonra Silvio Berluskoniyə istefa verməsi üçün təzyiqlərin artacağı güman edilir.

İtaliya parlamentində büdcə səsverməsindən sonra müxalifət lideri Pier Luici Bersani baş naziri dərhal istefaya getməyə çağırıb.

Onun sözlərinə görə, İtaliya böhran astanasına yaxınlaşıb. Bundan əvvəl isə baş naziri hökumət koalisiyasındakı əsas partnyoru istefa verməyə çağırıb. Bu çağırış mühüm əhəmiyyət kəsb edən büdcə səsverməsinə bir qədər qalmış səslənib.

İtaliyanın "Şimal Liqası" nümayəndəsi Umberto Bossi deyib ki, Silvio Berluskoni getməli, yerinə isə keçmiş ədliyyə naziri Ancelino Alfano gəlməlidir.

Berluskoninin arxalandığı parlament çoxluğu səsvermə keçirilməzdən əvvəl azalmağa başlayıb.

Parlament çoxluğuna mənsub olan bir neçə deputat baş nazirin mövqeyi ilə razı olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR