Bank Of Baku

Ukrayna AB ilə vizasız rejimə keçməyə dair işlərin birinci mərhələsini tamamlayır

Ukrayna AB ilə vizasız rejimə keçməyə dair işlərin birinci mərhələsini tamamlayır
# 09 noyabr 2011 04:55 (UTC +04:00)
Bakı-APA. Bu ilin sonuna qədər Ukrayna Avropa Birliyi (AB) ölkələri ilə vizasız rejimə keçməyə dair qanunvericilik sahəsində işlərin birinci mərhələsini başa vuracaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko bildirib ki, Kiyev AB-nin assosiativ üzvü olmaqla yanaşı, vizasız rejimin tətbiqi barədə danışıqlar aparır. O deyib ki, Kiyev 2012-ci ildə Ukrayna və Polşada keçiriləcək futbol üzrə Avropa Çempionatına qədər AB ilə viza rejiminin ləğv olunacağına ümid edir.

Oktyabr ayında, Ukrayna Xarici İşlər Nazirliyi öz vətəndaşları üçün vizasız rejimin tətbiqi barədə "uzunmüddətli perspektivdə olması” cümləsini Assosiativ Sazişdən çıxartmağa nail olub.

Qrişenko deyib ki, “ən vacibi odur ki, Ukraynanın AB ölkələri ilə vizasız rejimə nail olmaq üçün konkret tədbirlər planı var.

Onun sözlərinə görə, bu ilin sonuna qədər AB ilə vizaların ləğv olunmasına dair infrastrukturun yaradılması istiqamətində addımlar atılacaq. Bura yeni biometrik pasportların verilməsi, Ukrayna və AB arasında hüquq-mühafizə, sərhəd, gömrük xidmətləri əlaqələrinin genişləndirməsi və s. aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR