Bank Of Baku

Rusiya və Gürcüstan arasında Rusiya Federasiyasının Ümumdünya Ticarət Təşkilatına qoşulması barədə saziş imzalanıb

Rusiya və Gürcüstan arasında Rusiya Federasiyasının Ümumdünya Ticarət Təşkilatına qoşulması barədə saziş imzalanıb
# 09 noyabr 2011 13:39 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə “France-Presse” agentliyinə danışıqlarda iştirak edən gürcü diplomatı Zurab Çiaberaşvili məlumat verib. Rusiya nümayəndə heyətinin rəhbəri Maksim Medvedkov xəbəri təsdiqləyib.

İmza mərasimi İsveçrədə keçirilib. Tərəflər arasındakı danışıqlara İsveçrə hökuməti vasitəçilik edib. Artıq Rusiya Federasiyasının WTO-ya üzvlüyü yolunda əngəl qalmayıb.

Son vaxtlara qədər Gürcüstan WTO-nun Rusiya ilə ikitərəfli saziş imzalamayan yeganə üzvü idi. Təşkilatın qeyri-rəsmi qaydasına əsasən bir ölkənin quruma qəbulu üçün bütün üzvlərin razılığı lazımdır.

Gürcüstan Abxaziya və Cənubi Osetiya problemləri üzündən Rusiyanı WTO-ya buraxmaq istəmirdi. Gürcüstan hökuməti öz nümayəndələrinin bu regionlarda aparılacaq ticarətin auditi prosesinə buraxılmasını tələb edirdi. Nəticədə tərəflər belə razılığa gəlib ki, auditə müstəqil şirkətlər cəlb olunsun və müvafiq informasiyalar WTO-nun məlumat bazasına ötürülsün.

Qeyd edək ki, Gürcüstan 2000-ci ildə Ümumdünya Ticarət Təşkilatına üzv olub. Rusiya isə 1990-cı illərin ortalarından quruma üzv olmağa çalışırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR